Qəhvəni masaya tökməklə başlayan rəssamlıq - Ekene Niggenin qəhvə və sudan hazırlanan əsərləri

Qəhvəni masaya tökməklə başlayan rəssamlıq - Ekene Niggenin qəhvə və sudan hazırlanan əsərləri
22 Oktyabr 2021
Mətni dəyiş

Nigeryada bir animasiya şirkətinin rəhbəri olan 39 yaşlı Ekene Nigge dostları ilə "cappuccino" içən zaman qəhvəni yanlışlıqla masaya tökür. Masada yaranan görüntünü bəyənən Nigge bunu sənətə çevirməyi düşünür. 

"Bir səhv etdim, amma səhvimi sevdim. Rənglər çox xoşuma gəldi, bunun itməsini istəmədim", - deyə yaratdığı əsərlərini şərh edən Nigge, studiyaya gedib, qəhvəyə su qataraq əsərlər yaratdığını bildirir. Qəhvəni seyreltərək fərqli tonlar əldə edən sənətçi zaman-zaman əsərlərində qəhvə dənələrindən də istifadə edir.

Rəssamın bir rəsm çəkməsi iki ay çəkir. Nigge qəhvədən hazırlanan geniş əsərlər kolleksiyasına malikdir.

Kolleksiyanın bir qismini təqdim edirik:

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun