Angela Merkel vəzifədən getdikdən sonra nə qədər pensiya alacaq?

Angela Merkel vəzifədən getdikdən sonra nə qədər pensiya alacaq?
30 Avqust 2021

Almaniyada 26 sentyabrda seçkilər keçiriləcək. 16 il sonra Angela Merkel seçkilərdə iştirak etməyəcək. Bəs dünyanın ən önəmli liderlərindən biri olan Merkel siyasətdən getdikdən sonra nə qədər pensiya alacaq?

30 il millət vəkili, 16 ildir də kansler olan Merkel 25 min avro maaş alır, bundan əlavə, aylıq 10 min avro da millət vəkili maaşı var.

Merkel vəzifədən getdikdən 3 ay sonra da maaşının tam hissəsini alacaq.

Ondan sonrakı 21 ay ərzində isə maaşının yarısı qədərini ala biləcək.

Merkel millət vəkili və baş nazir vəzifəsindən başqa, nazir kimi də çalışıb. Bütün bunlar hesablandıqdan sonra ümumi bir rəqəm qəbul ediləcək.

Ancaq ilkin məlumatlara görə, bu rəqəm ümumilikdə 15 min avro civarında olacaq.

Bununla bərabər, əgər o istəsə, ömrü boyu dövlət tərəfindən təmin olunmuş mühafizəçisi və maşını olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun