2032-ci ildə Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək

2032-ci ildə Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək
21 İyul 2021

2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının məkanı açıqlanıb.

Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı xəbər verir ki, olimpiadanın Avstraliyanın Brisben şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, qarşıdakı Yay Olimpiya Oyunları 23 iyul - 8 avqustda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək. 2024-cü il olimpiadası Fransanın paytaxtı Parisdə, 2028-ci il Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində təşkil olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun