Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu

Reyhan Camalova “Green Awards” müsabiqəsinin qalibi oldu
19 İyun 2021
Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova “Green  Awards” müsabiqəsinin qalibi olub. O, bu barədə öz “Facebook” profilində paylaşım edib. Paylaşımda deyilir: “Əziz dostlar, çox böyük qürur hissi ilə bildirmək istəyirəm ki, sizin səsləriniz sayəsində finala çıxdığım Greentech Festival-ı nəzdində keçirilən Green Awards (Yaşıl Mükafatlar) müsabiqəsində qalib oldum. Sevincimin həddi-hüdudu yoxdur. Bu beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək və Azərbaycan adına qalıb olmaq böyük şərəfdir. Sizə mənə olan dəstək və etimadınıza görə sonsuz minnətdaram!”

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun