“Google” ilk offlayn mağazasını açır

“Google” ilk offlayn mağazasını açır
18 İyun 2021
Mətni dəyiş
“Google” Nyu-Yorkda ilk pərakəndə mağazasını açır. Bu barədə “The Verge” xəbər yayıb. Mağazada şirkətin öz məhsulları, o cümlədən “Pixel” telefonları, “Nest” ağıllı ev alətləri və “Fitbit” fitness-trekerlər satılacaq. Bundan əlavə, üçüncü tərəf aksesuarları, həmçinin “Google” markalı geyimlər (papaqlar, köynəklər) də təqdim olunacaq. “Google” digər mağazaların nə vaxt və harada açılacağını açıqlamır. Butikdə “Pixel” telefonları üçün təmir xidmətləri və şirkətin digər məhsulları üçün aparat dəstəyi təmin ediləcək. Bundan əlavə, istifadəçilər cihazların proqram təminatı üçün mağaza ilə əlaqə qura biləcəklər. Mağaza iyulun 17-də açılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun