ABŞ-dan S-400 açıqlaması: “Dialoq davam edəcək”

ABŞ-dan S-400 açıqlaması: “Dialoq davam edəcək”
18 İyun 2021
ABŞ prezidenti Co Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli görüş zamanı Türkiyənin Rusiyadan əldə etdiyi S-400 zenit raket kompleksləri barədə razılığa gələ bilməyiblər. Bunu ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ağ Ev rəhbərinin Avropa turnesinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı bəyan edib. O qeyd edib ki, tərəflər sözügedən məsələ ilə bağlı dialoqun davam etdirilməsinə qərar veriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun