21 Aprel 2021
Mətni dəyiş
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabul şəhərinə səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı uzun illərdən sonra Azərbaycan xalqının doğma torpaqlarına qayıtması prosesinin həyata keçiriləcəyinə də diqqət çəkib.
“Necə ki, mən müharibədən öncə və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan öncə bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”, – deyə Prezident İlham Əliyev vurğulayıb.