The Guardian günün fotoları rubrikasına Şəhidlər xiyabanından çəkilmiş fotonu da əlavə edib

The Guardian günün fotoları rubrikasına Şəhidlər xiyabanından çəkilmiş fotonu da əlavə edib
21 Yanvar 2021, 16:12

Britaniyanın ‘The Guardian’ nəşri dünyadan günün fotoları rubrukasında 20 Yanvar şəhidlərini anımdan da foto yayımlayıb. ‘The Guardian’ nəşrinin günün fotoları rubrikasının 20 yanvar buraxılışını təqdim edirik: 1. Bakı, Azərbaycan İnsanlar Şəhidlər Xiyabanında SSRİ-nin dağılması zamanı Sovet qoşunları tərəfindən öldürülənlərin xatirəsini anma mərasimində iştirak edirlər.

📸 Rəsul Rəhimov / Anadolu Agency / Getty Images

2. Solsberi, İngiltərə Tibbi heyət Solsberi Katedralında qurulmuş peyvənd mərkəzindəki xəstələrə 'Pfizer' vaksinini vurmağa hazırlaşır

📸 Finbar Vebster / Getty Images

3. İdlib, Suriya Güclü yağışdan sonra Kefer Lusin qaçqın düşərgəsindəki su basmış çadırların havadan görünüşü

📸 Məhəmməd Səid / Anadolu Agency / Getty Images

4. Səna, Yəmən ABŞ-ın yeni prezidenti Co Baydenin and içəcəyi gün ABŞ əleyhinə etirazlar zamanı silahları yuxarı qaldıran kişilər şüarlar səsləndirirlər.

📸 Yahya Arhab / EPA

5. Berqamo, İtaliya Şagirdlər dinc etiraz aksiyası zamanı liseyin kənarındakı masalarda oturaraq səlahiyyətlilərdən onları yenidən sinifə buraxmalarını tələb edirlər

📸 Luka Ponti / Pacific Press / REX / Shutterstock

6. Merilənd, ABŞ Donald və Melania Tramp Floridaya gedərkən prezident olaraq son dəfə 'Air Force One' təyyarəsinə minmədən əvvəl 'Joint Base Andrews' hərbi bazasında tərəfdarlarını qəbul edirlər.

📸 Getty Images

7. Vaşinqton, ABŞ Prezident Co Bayden və birinci xanım Cil Bayden andiçmə mərasimindən sonra Ağ Evin Şimali Portikosuna gəlib tərəfdarlarını salamlayıblar.

📸 Alex Brandon / EPA

8. Silmar, California Yanğınsöndürənlər ştatlararası şossenin ətrafında meşə yanğınlarını söndürürlər. Güclü küləklər və az rütubət yanğınların sürətlə ştatboyu yayılmağına səbəb olur.

📸 Coş Edelson / AFP / Getty Images

9. Venli, Böyük Britaniya Kristof qasığası İngiltərəni vurandan sonra Kembricşirdəki Venli kəndində daşqın rekord həddə çatıb. Güclü yağışlara görə Böyük Os çayı daşıb və Fenland kəndi ətrafındakı yollar su altında qalıb.

📸 Ceff Robinson

10. Şenyanq, Çin Çinli üzgüçü Liaoninqin şimal-şərqindəki qismən donmuş gölə tullanır.

📸 AFP / Getty Images

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun