Dünyaca məşhur modelyer Piyer Kardin 98 yaşında vəfat edib

Dünyaca məşhur modelyer Piyer Kardin 98 yaşında vəfat edib
29 Dekabr 2020
Mətni dəyiş
İtalyan mənşəlli fransız modelyer Piyer Kardin bu gün 98 yaşında dünyasını dəyişib. Bu haqda fransız mətbuatı xəbər yayıb. Modeleyerin ailəsi yaydığı məlumatda Piyer Kardinin Paris ətrafındakı "Americain de Paris" xəstəxanasında bu səhər dünyasını dəyişdiyini bildirib. "Bu gün bizim ailəmiz üçün böyük kədər günüdür, Piyer Kardin daha yoxdur. Böyük dərzi və geyim dizayneri yüz ilə qədər həyat sürdü və həm Fransaya, həm də bütün dünyaya unikal sənət irsi qoyub getdi" - deyə modelyerin qohumları açıqlamada bildiriblər. Piyer Kardin İtalyada San-Biyadco-di-Kallata kəndindən doğulsa da sonradan Fransaya gəlib. O 1947-cu ildə Krsitian Diorun atelyesində işləyib, 1950-ci ildə isə öz şəxsi moda evini açıb. O təkcə geyim deyil öz adı ilə eyni olan Pierre Cardin parfümeriyası və Parisdə çox məşhur olan "Maxim’s" adlı elit restoranın da sahibi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun