12 Fevral 2017
Mətni dəyiş
Gəncədə meyvə-tərəvəz mağazası yanıb, bir adam həlak olub.
Abzas.net xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, fevralın 12-nə keçən gecə mağazada yanğın başlayıb.
Yanğınsöndürənlər 60 yaşlı Şahin Əliyevin yanmış cəsədini aşkar ediblər.
Meyvə-tərəvəz mağazasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:45-də söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.