Taleh Bağırzadə: ''Nardaranda polislər hakimiyyətin əli ilə öldürülüb'' - VİDEO
3 Avqust 2016
Mətni dəyiş
Xəbər verdiyimiz kimi bu gün "Müsəlman Birliyi" Hərəkatının sədri Hacı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və "Nardaran işi" ilə bağlı həbs edilən digər 16 nəfərin məhkəməsi davam etdirilib. Məhkəmə prosesində Fransa, Almaniya və İngiltərənin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edib.
Proses barədə vəkil Fariz Namazlı jurnalistlərə açıqlama verib: "Taleh Bağırzadə ifadəsində bildirdi ki, noyabrın 15-də Nardaranda baş verən hadisə hakimiyyətin təxribatıdır. Ölən polis işçiləri də məhz hakimiyyətin əli ilə öldürülüb".
AXCP sədri Əli Kərimli də Taleh Bağırzadənin məhkəmədə verdiyi ifadə ilə bağlı çıxış edib. Ə.Kərimli məhkəmədə olanları şərh edərkən bildirib ki, Taleh Bağırzadə günlərlə işgəncəyə məruz qalıb və ondan AXCP və Milli Şura əleyhinə ifadələr verməyə məcbur edilib: "Görüblər ki, Taleh Bağırzadədən istədikləri ifadəni ala bilmirlər, ona görə də Fuad Qəhrəmanlını şərləyərək Facebook statuslarına görə həbs ediblər".
Qeyd edək ki, məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.