"Kürdəxanı" istintaq təcridxanasının yeni rəisi kimdir?

"Kürdəxanı" istintaq təcridxanasının yeni rəisi kimdir?
2 Avqust 2016
Mətni dəyiş
1 saylı Bakı İstintaq Təcridxanası rəisinin işdən çıxarılması ilə bağlı məlumatlar öz təsdiqini tapıb. Belə ki, "Kürdəxanı" təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən azad edilib. Mətbuatda bu barədə məlumat yayılmışdı, lakin rəsmi açıqlama verilmirdi.
Hazırda təcridxananın rəisi vəzifəsini təcridxanaya yeni rəis müavini təyin edilmiş Rəşid Səfərov müvəqqəti icra edir. Bu barədə Turan-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olub. Kürdəxanı İstintaq Təcridxanasının keçmiş rəisi Azər Seyidov iki həftə əvvəl vəzifədən azad edilib. (ardı aşağıda)
[caption id="attachment_3786" align="alignnone" width="1000"]Azər Seyidov (sağdan ikinci) Azər Seyidov (sağdan ikinci)[/caption]
Bundan əvvəl may ayında Gəncə istintaq təcridxanasının rəisi Şakir Bayramov xidmətdə verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. Aparılan yoxlamalar zamanı təcridxananın bir neçə əməkdaşının da işində nöqsanlar aşkar edilib və onlar da vəzifələrindən azad olunublar.
Qeyd edək ki, iyunun əvvəlində Ceyhun Həsənov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə rəis təyin edilib. Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi postu vakant qalırdı.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun